Əsas Səhifə > Güney Press > Azərbaycanın kollektor agentliyinin səhmdarlarının yığıncağı keçiriləcək

Azərbaycanın kollektor agentliyinin səhmdarlarının yığıncağı keçiriləcək


Bu gün, 09:28

İyulun 31-də, saat 11:00-da Azərbaycanın kollektor agentliyi - "BOA Agency" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 36D (4-cü mikrorayon) ünvanında olacaq.

Yığıncağın gündəliyinə Cəmiyyətin bu ilin I yarısındakı fəaliyyətinə dair maliyyə və idarəetmə hesabatlarının müzakirə edilməsi, eləcə də cari məsələlər daxildir.

Xatırladaq ki, "BOA Agency" 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 200 min manatdır. Şirkətin səhmlərinin 40 %-i Rüstəm Hacıyevə, 40 %-i İlkin Qəribliyə, 20%-i isə Ramin Hacıyevə məxsusdur.


Geri qayıt