Əsas Səhifə > Güney Press > İrəvan Avropaya inteqrasiyada Bakıya arxalanır?

İrəvan Avropaya inteqrasiyada Bakıya arxalanır?


Bu gün, 18:02

Ermənistanın Avropaya inteqrasiyasının arxasında Türkiyə və Azərbaycanla əlaqələrin intensivləşməsi dayanır.

"Unikal" xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Areşev "Rossiya Seqodnya" informasiya agentliyində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan Ermənistanı Rusiyadan və Avrasiya İqtisadi Birliyindən ayırmaq üçün İrəvana "çiyin uzatmağa" hazırdırlar: "Ermənistan hakimiyyəti tərəfindən elan edilən Avropaya inteqrasiya nəticə etibarilə Türkiyə və Azərbaycanın regionda iqtisadi təsirinin artmasına səbəb olacaq.

Politoloq əlavə edib ki, İrəvanın elan etdiyi Avropa kursu real məzmundan məhrumdur və "informasiya şantajı"na bərabərdir. Brüssel fərdi qrant proqramlarını - məsələn, bu yaxınlarda vəd edilmiş 50 milyon avro - həyata keçirəcək, lakin bu vəsait Ermənistanın AİB-ə üzvlüyündən əldə etdiyi faydalarla müqayisə edilə bilməz:

"Postsovet məkanındakı bəzi siyasi rejimlər təbiətcə ideolojidir. Onlar iqtisadi rifaha obyektiv şəkildə zərər verən, lakin ideoloji ximeraları təşviq edən siyasəti davam etdirə bilərlər. Və bu ximeralar təkcə Avropa vektoru ilə deyil, həm də müəyyən dərəcədə alternativ təklif etməklə erməni istehsalçılarını dəstəkləyə biləcək Türkiyə və Azərbaycanla ticarət və iqtisadi əlaqələrin dərinləşməsi ilə bağlıdır".

Onun fikrincə, söhbət sırf nominal alternativdən gedir - lakin ideoloji cəhətdən motivasiya olunmuş hökumətlər üçün bu, kifayətdir.


Geri qayıt