Əsas Səhifə > Güney Press > İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub

İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub


Bu gün, 17:42

İranda bütün uçuşlar ləğv edilib.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın Hava Limanları və Hava Naviqasiyası Şirkəti Mülki Aviasiya Təşkilatı tərəfindən ölkənin qərbində hava məkanının bağlanması ilə bağlı rəsmi uçuş bildirişinin (NOTAM) verildiyini açıqlayıb.

Qurum bildirib ki, bununla əlaqədar ölkə üzrə bütün hava limanlarında həyata keçirilən uçuşlar müvafiq bildirişədək ləğv olunub və həyata keçirilməyəcək.


Geri qayıt