|
Dünyada sərvəti 30 milyon dollardan çox olan şəxslərin – “ultra varlılar”ın sayı sürətlə artır. Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatlar “Knight Frank”ın “2026-cı il Sərvət Hesabatı”nda əks olunub. Hesabatda 2021–2026-cı illər ərzində sərvəti 30 milyon dollardan çox olan insanların sayındakı dəyişikliklər həm kəmiyyət, həm də faiz artımı baxımından təqdim olunub. Mütləq say baxımından siyahıya ABŞ başçılıq edir. Son beş ildə bu ölkədə “ultra varlı” insanların sayı təxminən 67 min nəfər artıb. İkinci yerdə qərarlaşan Çinlə müqayisədə ABŞ-də artım təxminən üç dəfə çoxdur. 2021–2026-cı illərdə “ultra varlı” insanların sayında kəmiyyət artımı: ABŞ – 66 916 nəfər Çin – 22 753 nəfər Almaniya – 9 273 nəfər Hindistan – 7 716 nəfər İsveçrə – 4 968 nəfər Avstraliya – 4 036 nəfər Fransa – 3 781 nəfər Birləşmiş Krallıq – 3 005 nəfər İtaliya – 2 886 nəfər İspaniya – 2 708 nəfər Yaponiya – 2 609 nəfər Sinqapur – 2 529 nəfər İsrail – 2 276 nəfər Kanada – 2 267 nəfər Türkiyə – 2 034 nəfər Səudiyyə Ərəbistanı – 1 795 nəfər Birləşmiş Ərəb Əmirlikləri – 1 712 nəfər Polşa – 1 575 nəfər İndoneziya – 1 028 nəfər Çexiya – 914 nəfər
Ekspertlər hesab edirlər ki, ABŞ-də kapital bazarlarının dərinliyi və texnologiya sektorunun gücü sərvətin sürətlə artmasına şərait yaradır. Çində isə təbii resurslara çıxış, ticarət imkanları və sənaye potensialı əsas hərəkətverici qüvvələr hesab olunur. Mütləq rəqəmlərdə ABŞ lider olsa da, faiz baxımından vəziyyət fərqlidir. “Ultra varlı”ların sayının ən sürətli artdığı ölkə Polşa olub. Son beş ildə burada artım 109% təşkil edib. İlk üçlükdə Qətər və Türkiyə də yer alır. 2021–2026-cı illərdə “ultra varlı” insanların sayında faiz artımı: Polşa – 109% Qətər – 107% Türkiyə – 94% Rumıniya – 93% Yunanıstan – 74% İsrail – 71% Səudiyyə Ərəbistanı – 69% Çexiya – 67% Hindistan – 63% Birləşmiş Ərəb Əmirlikləri – 55% Sinqapur – 54% Portuqaliya – 50% İspaniya – 42% Mərakeş – 42% İsveçrə – 39% İndoneziya – 37% ABŞ – 36% Argentina – 34% Avstraliya – 32% İrlandiya – 32%
Geri qayıt
|