Əsas Səhifə > Güney Press > MİDA bu işlərə 7,6 milyon manat pul xərcləyəcək

MİDA bu işlərə 7,6 milyon manat pul xərcləyəcək


Bu gün, 17:06

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Abşeron rayonu Saray qəsəbəsində inşa olunan çoxmənzilli yaşayış binalarının tikintisi üzrə işləri davam etdirilir.

İqtisadiyyat.az bu barədə Dövlət satınalmalarının vahid internet portalına istinadla xəbər verir.

Məlumata əsasən, qurum bununla bağlı müəyyən hazırlıqları yekunlaşdırıb.

Belə ki, Abşeron rayonu, Saray qəsəbəsində 4,5 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar sahəxarici və sahədaxili elektrik enerjisi təminatı işlərinin aparılması nəzərdə tutulub.

Sözügedən işlərin icrasını “Enerji Qrup” şirkəti həyata keçirəcək.

Bu işlərə 7,6 milyon manat sərf olunacaq.


Geri qayıt