Əsas Səhifə > Güney Press / Partiya > ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”

““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”


Bu gün, 12:11

Respublikaçı Alternativ Partiyasının (REAL) sədri Natiq Cəfərli parlamentdə təmsil olunan müxalifət partiyalarının “uşaqpulu” ilə bağlı fikirləriə görə tənqid edilmələrinə, onlar barədə “parlamentdə müxalifətin adı var, özü yoxdur” kimi rəylər səsləndirilməsinə münasibət bildirib.

N.Cəfərli Pravda.az-a açıqlamasında deyib ki, REAL da parlament partiyasıdır.

“Biz üç il bundan öncə “uşaqpulu” ilə bağlı ilkin mərhələdə ikinci uşaqdan başlayaraq 100 manat “uşaqpulu” verilməsini hesablayıb, büdcənin bunu qaldıra biləcəyini göstərərək təklif vermişdik. Təəssüf ki, qəbul olunmadı. “Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil. Biz özümüzə cavabdehlik. Azərbaycanda yeganə REAL Partiyasıdır ki, “uşaqpulu” ilə bağlı dəfələrlə çıxış edib. Hətta yazılı şəkildə də təkliflərimizi çatdırmışıq. Təkliflər isə qəbul olunmayıb, çünki səsvermə hüququmuzda cəmi bir səsimiz var. Buna görə də deyilənlər bizə aid iradlar deyil”, - N.Cəfərli bildirib.


Geri qayıt