Əsas Səhifə > Güney Press > Probasiya şöbəsinin keçmiş rəisi kassasiya şikayəti verdi

Probasiya şöbəsinin keçmiş rəisi kassasiya şikayəti verdi


Bu gün, 10:31

Mənimsəmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Elnur Yusifovun barəsindəki qərardan kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.


İttihama görə, Hafiz Bədəlov (soyadı şərtidir) Ədliyyə Nazirliyinin Qusar rayon İcra və Probasiya şöbəsinin probasiya üzrə böyük icra məmuru vəzifəsində çalışıb. Sonra o, öz arzusu ilə tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilib. Lakin buna baxmayaraq, Hafiz sonradan Qusar rayon İcra və Probasiya şöbəsinə qeyri-rəsmi, daha sonra isə könüllü işçi kimi cəlb olunub. Elnur Yusifov isə Qusar rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsində çalışıb.


Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 32.5, 308.2, 310, 32.5, 313, 320.1-ci maddələri ilə ittiham irəli sürülüb.

Qusar Rayon Məhkəməsinin hökmü ilə Hafiz Bədəlov 4 000 manat və Elnur Yusifov isə 5500 manat cərimə edilib. Onlar zərərçəkmiş şəxslərlə barışdığına, həmin şəxslərə dəymiş ziyanı tamamilə ödədiklərinə, cinayət nəticəsində vurulmuş ziyanın dövlət büdcəsinə ödədiklərinə görə, dələduzluq və mənimsəmə maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibi, həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilməsi, cinayət məsuliyyətindən azad edilməsi nəzərə alınıb.


Geri qayıt