Əsas Səhifə > Güney Press > Medvedevdən İrəvan barədə sensasion bəyanat:
Medvedevdən İrəvan barədə sensasion bəyanat:Bu gün, 12:52 |
|
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində rəsmi İrəvanı hədəf alan növbəti şok bəyanatla çıxış edib. Öz sosial şəbəkə hesabında kəskin ittihamlar irəli sürən Medvedev bu şəraitdə keçirilən səsvermənin heç bir hüquqi əsasının ola bilməyəcəyini vurğulayıb. "Belə olan halda seçkilərin özünü, aşkar şəkildə, legitim hesab etmək olmaz. Bu cür addımları və rüsvayçılığı hətta Paşinyanın arxalandığı Vaşinqton və Brüsseldə belə bağışlamırlar", – deyə Medvedev rəsmən qeyd edib. Xatırladaq ki, Ermənistanda növbədənkənar parlament seçkiləri sabah, iyunun 7-də baş tutacaq. Gərgin siyasi atmosferdə keçən bu seçkilərdə ümumilikdə 19 siyasi qüvvə, o cümlədən Nikol Paşinyanın rəhbərlik etdiyi hakim "Vətəndaş Müqaviləsi" partiyası iştirak edir. Geri qayıt |