Əsas Səhifə > Güney Press > Ermənistan Prokurorluğuna "Güclü Ermənistan"ın seçki siyahısındakı
Ermənistan Prokurorluğuna "Güclü Ermənistan"ın seçki siyahısındakıBu gün, 10:59 |
|
Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) müxalif "Güclü Ermənistan" blokunun seçki siyahısının bəzi üzvlərinə qarşı cinayət təqibinin başlanması barədə ölkə prokurorluğunun vəsatətlərini təmin edib. "Report" xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb. Qeyd olunub ki, MSK blokun altı nümayəndəsinə qarşı bu cür addımların həyata keçirilməsini təsdiqləyib. Prokurorluq həmçinin onları həbs etmək hüququ əldə edib. Bunundan əlavə, onların nədə ittiham olunduğu açıqlanmayıb. Qeyd edək ki, iyunun 7-də keçiriləcək parlament seçkiləri üzrə seçkiqabağı kampaniya dövründə "Güclü Ermənistan" nümayəndələri seçiciləri ələ almağa cəhd etdiklərinə görə dəfələrlə saxlanılıblar. Geri qayıt |