Əsas Səhifə > Güney Press > Sankt-Peterburqda AKTİV DÖYÜŞLƏR GEDİR
Sankt-Peterburqda AKTİV DÖYÜŞLƏR GEDİRBu gün, 09:43 |
|
Rusiyanın Sankt-Peterburq şəhəri Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumuna məruz qalıb. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə şəhərin qubernatoru Aleksandr Beqlov sosial şəbəkələrdə məlumat yayıb. "İyunun 6-sı səhər saatlarında Peterburq PUA-ların genişmiqyaslı hücumuna məruz qalıb. Hava hücumundan müdafiə vasitələri işləyir", - o yazıb. A.Beqlov sakinlərə küçəyə çıxmamağı tövsiyə edib və mobil internetin işində mümkün fasilələrin ola biləcəyini bildirib. Qubernator dronların sayı və mümkün dağıntılar barədə dəqiq məlumat verməyib. Geri qayıt |