Əsas Səhifə > Güney Press / Ana xəbər > Qazaxda peyda olan fırıldaqçı vətəndaşlara belə kəf gəlib...

Qazaxda peyda olan fırıldaqçı vətəndaşlara belə kəf gəlib...


24-06-2014, 12:06
Qazaxda peyda olan fırıldaqçı vətəndaşlara belə kəf gəlib...
Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az)bölgə müxbiri Qürbət Yusubovun verdiyi məlumata görə bir müddət əvvəl Qazax rayonunda Diaqnostika Mərkəzi istifadəyə veriləndə xeyli sayda rayon sakini aldadılıb.
Belə ki, Həsənov Bəxtiyar adlı şəxs bir neçə yerli sakini Şahməmmədov Məhəmməd Elman oğlu ilə tanış edib. Məhəmməd isə sakinlərə söz verib ki, sizi Diaqnostika Mərkəzinin mühafizə xidmətinə işə düzəldəcəm. Bu məqsədlə Rüfət Salmanovdan 4000, Bəxtiyar Həsənovdan 3500 ABŞ dolları alıb. Lakin sonradan sakinlərin iş məsələsi düzəlməyib.
Hər iki zərərçəkənlə telefon əlaqəsi saxladıq və onlar məlumatı təsdiq elədilər. Şahməmmədov Məhəmməd isə bizimlə telefon söhbətində pulu həmin şəxslərdən aldığını və başqa bir şəxsə verdiyini söylədi. Hətta onu da bildirdi ki, bu işlə bağlı Nərimanov RPİ-də cinayət iş açılmışdı və sonradan bağlandı.
Nə üçün bağlandı? Bu barədə növbəti yazıda bəhs edəcəyik.

Geri qayıt