Əsas Səhifə > Güney Press > Avropa İttifaqına üzvlük Serbiyanın strateji məqsədidir

Avropa İttifaqına üzvlük Serbiyanın strateji məqsədidir


Bu gün, 16:02

Serbiya Avropa İttifaqına (Aİ) doğru irəliləyir və bu, ölkənin strateji məqsədidir.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Avropa İttifaqı-Qərbi Balkan ölkələri sammiti üçün Tivatda olan Serbiya Prezidenti Aleksandar Vuçiç jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, Aİ liderləri Ursula fon der Lyayen, Antonio Koşta, Almaniya kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makronla çox yaxşı danışıqları olub.

"Mən həmçinin inanıram ki, gələcəkdə Qərbi Balkan ölkələri böyük irəliləyiş əldə edəcək. Əlbəttə, çoxlu islahatlar etməliyik. Burada bizə həqiqi hörmətlə yanaşıldı və biz bunu çox yüksək qiymətləndiririk".


Geri qayıt