Əsas Səhifə > Güney Press > Kremldən Bakıya yeni təklif:

Kremldən Bakıya yeni təklif:


Bu gün, 13:03

Rusiya Prezidenti Vladimir Putin İrana humanitar yardımın göndərilməsində köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Putin Prezident İlham Əliyevlə görüşəcəyini söyləyib və Azərbaycanı vacib ölkə adlandırıb.

Bu görüşü şərtləndirən amillər nələrdir? Görüş harada keçirilə bilər? Putin niyə birdən-birə belə reverans etdi?

Globalinfo.az-a danışan beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Rusiya Prezidentinin Azərbaycan dövlət başçısına təşəkkür etməsində qeyri-adi heç nə yoxdur:

“Putin İrana göndərilən humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə şərait yaradıldığı üçün təşəkkür edib. Fikrimcə, bu kontekst çox vacibdir.

ABŞ və İsrailin İrana hücumları nəticəsində kommunikasiya və təchizat yollarında problemlər yaranıb. Ümumiyyətlə, İranın xaricdən yardım ala biləcəyi çox az sayda əlaqə kanalı qalıb. Bunların ən əhəmiyyətlisi məhz Azərbaycandır.

Rusiya İrana 300 tona yaxın ərzaq və tibbi ləvazimat göndərib. Azərbaycan isə həmin yüklərin maneəsiz şəkildə ölkə ərazisindən keçməsinə şərait yaradıb.

Putin–Əliyev görüşünün yeri və vaxtına gəlincə, hazırkı mərhələdə bunu demək çətindir. Adətən belə görüşlər MDB Sammiti və ya Şanxay Əməkdaşlıq Təşkilatının tədbirləri çərçivəsində baş tutur. Liderlər sonuncu dəfə Tacikistanda görüşüblər.

Hazırkı vəziyyətdə görüşün iki dövlətdən birində keçiriləcəyini düşünmürəm. Mənə görə, Bakıdan daha çox, bütün detalları nəzərə alsaq, Qəbələ, Şuşa və ya Xankəndidə baş tuta bilər”.


Geri qayıt