Əsas Səhifə > Güney Press > Moskvaya ayaq öpməyə gedibmiş
Moskvaya ayaq öpməyə gedibmişBu gün, 12:01 |
|
Deputat Sahib Alıyev Ermənistanda artıq başa çatmaq üzrə olan seçki kampaniyasında öz ölkələrindən çox, Azərbaycanın adının çəkilməsinə və azərbaycanlılara yanaşmada səsləndirilən bəzi açıqlamalara münasibət bildirib. Musavat.com-un məlumatına görə, o bildirib ki, bu seçkinin necə bitəcəyinə ən çox təsir göstərən nə kimlərinsə hibrid müdaxiləsi, nə də bu hibrid müdaxilənin qarşısını almağa çalışanların Nikol Paşinyana açıq dəstəyidir: “7 iyun seçkisinin gündəliyini olduğu kimi, nəticəsini də müəyyənləşdirəcək bir nömrəli faktor cənab Prezidentin təbirincə desək, bütün ssenarilərə hazır olan güclü Azərbaycandır. Ona görə də seçki kampaniyası boyu rəqibləri Paşinyanı Azərbaycanın diktəsi ilə hərəkət etməkdə, o isə qarşı tərəfi ölkəni yeni savaşa sürükləmək və beləliklə, xəritədən silinmək təhlükəsi ilə üz-üzə qoymaqda suçlandırırdı. Və burada istər-istəməz sual yaranır: əgər Azərbaycan Ermənistandan qat-qat güclü olmasaydı, bizimlə sülh gündəliyini populist Paşinyan özünün əsas seçki platformasına çevirərdimi? Və elektoratı rəqibləri hakimiyyətə gələcəyi təqdirdə yenidən savaşın başlayacağıyla qorxudardımı?” Ümumiyyətlə, məqsədə çatmaq üçün ayaq öpməyi özlərinə rəva bilənlər və bunu utanmadan dilə gətirənlər Azərbaycanla sülhə əlacsızlıqdan yaranan bir zərurət, həm də müvəqqəti bir zərurət kimi baxmırlarsa, əlaltından niyə silahlanır və münaqişənin ilk qurbanlarının öz yurdlarına dönüşünə nədən bu qədər qarşı çıxırlar?” Geri qayıt |