Əsas Səhifə > Güney Press > Tanınmış amerikalı aktyor Ceyms Hendi qətlə yetirilib
Tanınmış amerikalı aktyor Ceyms Hendi qətlə yetirilibBu gün, 07:59 |
|
"Jumanji", "K-9: İt işi" və "Top Gun" filmlərindəki rolları ilə tanınan amerikalı aktyor Ceyms Hendi Los-Ancelesdə qətlə yetirilib. APA xəbər verir ki, ögey oğlu onu bıçaqlayaraq öldürdükdən sonra polisə zəng edərək günahkar bir şəxsi öldürdüyünü bildirib. Hadisə aktyorun evinin olduğu Tarzana məhəlləsində baş verib və Hendi evinin ərazisində bıçaq yaraları ilə tapılıb. İlk tibbi yardım göstərilməsinə baxmayaraq, aktyor xəstəxanada ölüb. Şübhəli, Hendinin sevgilisinin 44 yaşlı oğlu Maykl Qledhil isə hadisədən sonra polisə təslim olub. Məlum olub ki, Qledhil anası ilə yaşayırmış. Ceyms Hendi həmçinin "Araknofobiya" filmində də rol alıb. Onun ən son rolu "Top Gun: Maverick" blokbasterində barmen Cimmi rolunda olub. Geri qayıt |