Əsas Səhifə > Güney Press / Partiya > "Nazirliyin işi tost demək deyil..."
"Nazirliyin işi tost demək deyil..."Bu gün, 07:37 |
|
"Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, sitat: “Azərbaycanda ət bazarında qiymətlərin sabitləşməsinin istehsalın artırılması və maya dəyərinin azaldılması hesabına təmin olunacağı gözlənilir. Əsas məqsəd ət istehsalını artırmaq, məhsuldarlığı yüksəltmək və istehsal xərclərini azaltmaqdır”..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Hörmətli Zaur müəllimin nə gözəl gözləntiləri, nə ülvi məqsədləri var – adam lap kövrəlir.
Hörmətli Zaur müəllim, 2020-ci ildə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 milyon 646 min 600 baş olub, 2026-cı ildə isə say 2 milyon 435 min 500 başa düşüb – son altı ildə 211 min 100 baş azalma var.
2020-ci ildə ölkə üzrə qoyun və keçilərin sayı 8 milyon 189 min 200 baş olub, 2026-cı ildə isə 6 milyon 757 min 800 başa düşüb – altı ildə 1 milyon 431 min 400 baş qoyun-keçi sayı azalıb.
Zaur müəllim, arzu, istək, gözlənti, məqsəd lap yaxşı – bəs bu günə qədər nazirlikdə oturub düşünmüsünüzmü ki, son 6 ildə nə baş verdi ki, mal-qara, qoyun-keçi sayında belə kəskin azalma oldu?! Səbəblər nədir?! Bu nəticəni, trendi dəyişmək üçün hansı addımlar atılmalıdır?!
Zaur müəllim, nazirliyin işi arzu-istək dilə gətirmək, tost demək deyil, işinizin məğzi problemləri təsbit etmək, və ən vacibi, onları aradan qaldırmaq üçün düşülünmüş, işlək plan-proqram tərtip etməkdir. Yəni, nəticədən danışmaq azdır axı, o nəticəni yaradan səbəblər aradan qaldırılmalıdır – çünki, səbəb dəyişməsə, nəticə də dəyişməz, bu qədər bəsit..."
Geri qayıt |