Əsas Səhifə > Güney Press / Ana xəbər > "Mən sənə demişdim ki, 5 uşaq doğ?"

"Mən sənə demişdim ki, 5 uşaq doğ?"


24-06-2014, 11:07
"Mən sənə demişdim ki, 5 uşaq doğ?"
Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayon sakinlərinin gözü qarşısında Köçəsgərli kənd sakini Qocayeva Məlahət Vaqif qızını təhqir edib.

Avropa.info-ya açıqlama verən Məlahət Qocayeva 5 uşaq anası olduğunu və çətin şəraitdə yaşadığını bildirib. Onun dediyinə görə, kömək məqsədilə ötən həftənin cümə günü icra başçısının qəbulunda olub. İcra başçısı isə elementar etikaya sığmayan şəkildə "niyə 5 uşaq doğmusan, mən sənə demişdim 5 uşaq doğ?" kimi ifadələrlərlə onu təhqir edib.

"Bu ifadələr icra başçısının mənə dediyi ən “mədəni” sözlərdir. Onun mənə dediyi sözləri sizə deməyə abır-həya edirəm. Görünür, cənab prezident İlham Əliyevin bəzi məmurlara ünvanladığı “qudurmuş, harınlamış” ifadəsini yenidən səsləndirməsinə ciddi ehtiyac var ".

Qeyd edək ki, gecə saatları olduğu üçün, icra başçısının mövqeyini öyrənə bilmədik. Mövzuya qayıdacağıq.

Geri qayıt