Əsas Səhifə > Güney Press > "Qadınlar muğamı daha incə ifa edir, kişilər isə..."
"Qadınlar muğamı daha incə ifa edir, kişilər isə..."Bu gün, 13:09 |
|
"Qadınlar kişilərdən fərqli olaraq muğamı daha incə ifa edir, kişilər isə bir qədər daha kobud ifaya meyilli olurlar. Mənim və başqalarının bir az kobud ifa etdiyimiz muğamı qadınlar daha incə, məlahətli şəkildə oxuyur və bu da dinləyiciyə daha təsirli gəlir".
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar incəsənət xadimi, xanəndə Qəzənfər Abbasov deyib.
O bildirib ki, muğamın ayrıca qadın və kişi üslubu yoxdur:
"Muğam bir üslubdur, onun qadını və kişisi yoxdur. Bu barədə həmişə danışılıb. Gizlətmirəm, rəhmətlik Əlibaba Məmmədov deyirdi ki, qadınlar "Şahnaz”, "Qatar” kimi muğamları oxuya bilərlər. Amma əslində bu muğamları həm qadın, həm kişi ifa edir. Mən özüm də, Alim Qasımov, Arif Babayev, Səxavət Məmmədov da "Şahnaz” oxumuşuq. Oxumayan yoxdur”.
Onun sözlərinə görə, qadın və kişi xanəndələrin ifasında emosional təsir fərqli ola bilər, lakin əsas şərt düzgün ifadır:
"Əsas məsələ odur ki, istər qadın, istər kişi olsun, muğam düzgün oxunsun. Baxın, Tükəzban İsmayılovanın ifalarına. Onun "Qatar”ı, Sara Qədimovanın isə "Şahnaz”ı mənim üçün məktəb olub. Sara Qədimovanın "Şahnaz”ını dinləyəndə kövrəlmişəm”.
Qəzənfər Abbasov əlavə edib ki, qadın və kişi arasında fərq əsasən səhnə davranışında və fiziki ifadədə özünü göstərir:
"Qadınlar qollarını çox yuxarı qaldıra bilməz, bu bizim mentalitetə uyğun deyil. Qadın qılınc çala bilməz, bunu kişi edir. Amma muğamın özündə cins fərqi yoxdur. Hər şey bitib-tükənib ki, indi bu mövzulara qayıdırıq?”
Geri qayıt |