|
2026-cı ilin birinci rübündə BP tərəfindən idarə olunan Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə nəql edilən qazın həcmi artıb. Yeniavaz.com xəbər verir ki, şirkətin açıqladığı hesabata əsasən, boru kəməri üzrə orta gündəlik qaz nəqli 63,5 milyon kubmetr təşkil edib. Bu göstərici ötən illə müqayisədə 2,7 milyon kubmetr çoxdur. Belə ki, 2025-ci ildə gündəlik nəql həcmi 60,8 milyon kubmetr səviyyəsində olub. BP-nin məlumatına görə, 2026-cı ilin ilk üç ayında CQBK üzrə əməliyyat xərcləri təxminən 21 milyon dollar, kapital xərcləri isə təxminən 9 milyon dollar təşkil edib. Xatırladaq ki, CQBK 2006-cı ildə istismara verilib və əsasən “Şahdəniz” yatağından çıxarılan qazı Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına çatdırır. Boru kəmərinin genişləndirilməsi layihəsi çərçivəsində Türkiyəyə kommersiya qazının tədarükünə 2018-ci ilin iyununda, Avropaya ixraca isə 2020-ci ilin dekabrında start verilib. 2025-ci ildə CQBK vasitəsilə təxminən 23 milyard kubmetr qaz nəql olunub. Qeyd edilir ki, son iki ildə qaz kəməri demək olar ki, layihə gücünə yaxın səviyyədə fəaliyyət göstərir.
Geri qayıt
|