Əsas Səhifə > Güney Press > Məhkəmə vəzifəli şəxsin keçmiş köməkçisi ilə bağlı qərar çıxardı
Məhkəmə vəzifəli şəxsin keçmiş köməkçisi ilə bağlı qərar çıxardıBu gün, 09:48 |
|
Ali Məhkəmədə Fövqəladə Hallar Nazirliyinə (FHN) işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən İlqar İmamverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib. İş materiallarında qeyd edilir ki, İlqar İmamverdiyev FHN-ə işə düzəltmək adı ilə Cavid aldı şəxsdən 10 000 manat pul alıb. O da məlum olub ki, İlqar İmamverdiyev bundan əvvəl də dələduzluq əməli törədib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə istintaqı zamanı işdə adı şahid qismində keçən İlqar İmamverdiyevin tanışlarından biri verdiyi ifadədə onun təqsirləndirilən şəxsin əvvəllər qurumlardan birində çalışan vəzifəli şəxsin köməkçisi vəzifəsində işlədiyini deyib. Xətai Rayon Məhkəməsinin hökmü ilə İlqar İmamverdiyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Geri qayıt |