Əsas Səhifə > Güney Press > “NAS Project BOKT” idarəetmə strukturunda bir sıra dəyişiklər baş verib
“NAS Project BOKT” idarəetmə strukturunda bir sıra dəyişiklər baş veribBu gün, 16:40 |
|
“NAS Project BOKT” ASC-nin korporativ idarəetmə strukturunda bir sıra dəyişikliklər baş verib. "DİA-AZ"ın əldə etdiyi məlumata görə, Müşahidə Şurasının üzvü olan Namiq Bağırov Hüseynağa oğlu vəzifəsindən ayrılıb. Onun yerinə Tural Əsgərov Şöhrət oğlu təyin edilib. Bununla yanaşı, Audit Komitəsinin sədri vəzifəsində də dəyişiklik olub. Belə ki, əvvəllər bu vəzifəni icra edən Namiq Bağırovun yerinə Tural Əsgərov gətirilib. Audit Komitəsinin üzvlərindən Tariyel Şəkiyev Zal oğlu qurumdan ayrılıb, onun yerinə Toğrul Qənbərli Tofiq oğlu daxil edilib. Həmçinin, BOKT-un daxili auditoru dəyişib. Həmzət Dibirov İsmayıl oğlunun yerinə Nurlan Mahmudov Vidadi oğlu təyin olunub. Xatırladaq ki, “NAS Project BOKT” ASC 2020-ci ildə təsis edilib və 2023-cü ildə Mərkəzi Bankdan lisenziya əldə edib. Onun 1 milyon 300 min manat nizamnamə kapitalı var. Quliyev Məhəmməd Nizami oğlu 100% səhmdardır. Geri qayıt |