|
Bu ilin aprel ayında Azərbaycana qonşu İrandan 422 nəfər turist səfər edib. Yeniavaz.com xəbər edir ki, mart ayı ilə müqayisədə İrandan gələn turistlərin sayı 39% və ya 118 nəfər artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə İrandan gələn turistlərin sayı 4 dəfəyə yaxın azalıb. Belə ki, ötən ilin aprel ayında turizm məqədilə İrandan Azərbaycana 1 637 nəfər gəlib. Qeyd edək ki, bu ilin aprel ayında Azərbaycana gələn iranlı turistlərin 62%-i və ya 263 nəfəri istirahət və əyləncə məqsədilə səfər ediblər. Bundan başqa, 91 nəfər qohumlara, dostlara baş çəkmək, 54 nəfər işgüzar, 12 nəfər tranzit, 2 nəfər isə dini ziyarət məqsədilə İrandan Azərbaycana gəlib. Onu da bildirək ki, ABŞ və İsrail fevralın 28-i İrana qarşı müharibəyə başlayıblar. Aprelin 7-si isə ABŞ və İran atəşkəs elan ediblər.
Geri qayıt
|