Əsas Səhifə > Güney Press > Karapetyanın adamları hakim partiya üzvlərinə hücum çəkdi
Karapetyanın adamları hakim partiya üzvlərinə hücum çəkdiBu gün, 13:28 |
|
Ermənistanın Masis şəhərində baş vermiş insidentlə bağlı iki müraciət daxil olub və fakt üzrə cinayət işi başlanıb. “AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Məlumata görə, araşdırma bir qrup şəxs tərəfindən fiziki zorakılıq tətbiq edilməsi, xuliqanlıq və seçki təbliğatının aparılmasına maneçilik törədilməsi əlamətləri üzrə aparılır. Xatırladaq ki, dünən “Güclü Ermənistan” Partiyasının üzvləri Masisdə seçkiqabağı təşviqat zamanı onlara hücum edildiyini əks etdirən videogörüntülər yayıblar. Partiya üzvü Hrayr Gevorqyan mətbuata açıqlamasında insidentin hakim “Vətəndaş Müqaviləsi” Partiyasının tərəfdarları tərəfindən təhrik edildiyini iddia edib. Onun sözlərinə görə, hücum edənlər arasında Masis üzrə “Yerkrapah” Könüllülər İttifaqının rəhbəri Arsen Harutyunyan da olub. “Kadrlarda da görünür ki, bizim seçki kampaniyamıza mane olurlar. Təşəbbüskar məhz onlar olub, hücuma keçiblər. Daviti qan içində ofisə gətiriblər”, – deyə Gevorqyan bildirib. Partiya nümayəndəsinin sözlərinə görə, “Güclü Ermənistan”ın iki üzvü müxtəlif bədən xəsarətləri ilə Masis xəstəxanasına yerləşdirilib. Hadisə ilə bağlı hakim “Vətəndaş Müqaviləsi” Partiyası hələlik hər hansı açıqlama verməyib. Geri qayıt |