Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycanlı yardım üçün Ermənistana müraciət etdi
Azərbaycanlı yardım üçün Ermənistana müraciət etdi24-06-2014, 10:16 |
![]() Azərbaycan vətəndaşı, hüquq müdafiəçisi yardım üçün Ermənistan mətbuatına müraciət edib. Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” saytı məlumat yayıb. Sayt müraciət edən şəxsin adının Emil Qasımov olduğunu qeyd edib. Şikayətçi şəxs özünün evi ilə bağlı mətbuata müraciət etdiyini və bir reaksiya gəlməyəcəyi təqdirdə aclıq aksiyasına başlayacağını bildirib. O, Azərbaycan məmurlarının onun problemi ilə bağlı heç bir iş görmədiklərini qeyd edib. Müraciət mətnini təqdim edirik: "Mən bir neçə dəfə yazıb xahiş etmişdim ki, 106-cı evin qəza vəziyyətində olduğunu qəbul etsinlər. Elə bilirdim, evin bu vəziyyətdə olduğunu görənlər komissiya yaradacaqlar və evi sökəcəklər. Lakin hakimiyyət heç nə etmir, onların vecinə də deyil. Ona görə də mən aclıq elan edirəm. Mən komissiyaya evin qəzalı vəziyyətdə olmasını sübut edə bilərəm. Burda hər şey tərpənir. Evimiz Bakının mərkəzində yerləşir və şəhərimizin simasını pozur. Mən rəsmi şəkildə aclıq elan etdiyimi açıqlayıram. Bakıdan olan hüquq müdafiəçisi Emil Qasımov. Mən sizdən məktubumu saytınızda yerləşdirməyinizi xahiş edirəm. Saytınızda yerləşdirdiyiniz təqdirdə məni də xəbərdar edin ki, xəbəri oxuya bilim. Hörmətlə Emil". Özünü hüquq müdafiəçisi kimi təqdim edən Emil Qasımov Axar.az-a açıqlama verib. Bir azdan onun açıqlamasını təqdim edəcəyik. Geri qayıt |