Əsas Səhifə > Güney Press > “Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…”

“Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…”


Bu gün, 16:48

Məlum olduğu kimi, Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkilərinə qatılan revanşistlər əsas təbliğatlarını Azərbaycan və Qarabağ məsələləri üzərində qurublar.

Tribuna.az xəbər verir ki, bu prosesdə əsasən “Güclü Ermənistan” Partiyası “öndə” gedir.

Belə ki, milyoner Samvel Karapetyanın partiyası bütün təbliğat çıxışlarında 300 min azərbaycanlının Ermənistana köçürüləcəyi iddiasını dilə gətirir. Onların bu çıxışı və hər hansı ciddi proqram təklif edə bilməməsi isə nəticədə baş nazir Nikol Paşinyanın partiyasının xeyrinə işləyir.

Lakin bununla yanaşı bəzi erməni ekspertlər Karapetyanın yanaşmasının yanlış olduğunu bildirirlər. Ekspert Arsen Xaratyan deyib ki, Karapetyanın 300 min azərbaycanlı məsələsinə yanaşması, normal ağıl sahibinin işi deyil. “Samvel Karapetyan davamlı olaraq 300 min azərbaycanlıdan danışır. Onun məntiqinə görə, təxminən 300 min Azərbaycanlının hamısı terrorçudur. Bu normal düşüncə sahibinin sözü ola bilməz”.


Geri qayıt