Əsas Səhifə > Güney Press > Kinematoqrafçılar İttifaqının qurultay nəticələri
Kinematoqrafçılar İttifaqının qurultay nəticələriBu gün, 16:35 |
|
Məlum olduğu kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) mayın 26-da keçirilən konfransından sonra qurum ətrafında yaranan mübahisələr davam edir. Konfransın nəticələrinə əsasən, rejissor Əli İsa Cabbarovun AKİ-nin yeni sədri seçildiyi açıqlansa da, bəzi incəsənət xadimləri səsvermənin legitimliyini sual altına alırlar. Onların iddiasına görə, Xalq artisti Şəfiqə Məmmədova toplantıda iştirak etməyib, 400-dən çox üzvü olan qurumun konfransında isə cəmi 110 nəfər iştirak edib. İddialarda, həmçinin səsvermə prosesi ilə bağlı ciddi narazılıqlar səsləndirilir. Redaksiyamıza daxil olan məlumata görə, qurultayın nəticələrinin ləğv olunması və sənədlərin hələlik aidiyyəti dövlət qurumlarına edilməməsi məsələsi gündəmdədir. Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında qurultayda iştirak edən aktrisa Zülfiyyə Qurbanova mümkün təkrar seçkidə də mövqeyinin dəyişməyəcəyini bildirib. O qeyd edib ki, seçki yenidən keçirilsə, yenə də eyni namizədə səs verəcək: “Qurultayın nəticələrinin ləğv olunması ilə bağlı heç bir fikir bildirə bilmərəm. Bu, mənim fikir bildirəcəyim və səlahiyyətimdə olan məsələ deyil. Amma ikinci dəfə seçki keçirilsə, yenə də gedib eyni adama səs verəcəyik. Mənim düşüncələrimdə heç nə dəyişmir. Nəyi mən doğru bilirəmsə, kimdən əməyə və diqqətə dəyər görmüşəmsə, həmin mövqedə dayanaram. Əgər çoxları da bu fikirdədirsə, deməli, haqq payımız var”. Geri qayıt |