|
Ölkənin aparıcı şirkətlərindən biri olan “Top Properties” MMC (VÖEN – 1405039331) yenidən təşkil olunduğunu elan edib. Yeniavaz.com xəbər verir ki, “Top Properties” MMC-nin tərkibindən ayrılma nəticəsində “Vertex Development” MMC-nin yaradıldığı bildirilib. Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 149 milyon 494 min 352 manat 50 qəpik olan “Top Properties” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Ölkənin aparıcı banklarından olan “Bank Avrasiya” ASC-nin səhmlərinin 49,5%-i “Top Properties” MMC-yə məxsusdur.
Geri qayıt
|