Əsas Səhifə > Güney Press > Putini Ermənistandan rədd edəcəyik
Putini Ermənistandan rədd edəcəyikBu gün, 12:18 |
|
“Ermənistan xalqı iyunun 7-də keçiriləcək parlament seçkilərində Vladimir Putin və ölkəyə müharibə gətirən digər qüvvələri rədd etməlidir”. Teleqraf xəbər verir ki, bunu Ermənistanın müxalif “Respublika Uğrunda” partiyasının sədri Arman Babacanyan deyib. “Rusiya quberniyasına yox. Müstəqil, suveren Ermənistana bəli. İyunun 7-də Ermənistanı, Ermənistan pasportunu seçirik, müstəqil dövlətçiliyi, ləyaqət və gələcəyi seçirik. Ermənistana Putin, müharibə və insan itkiləri gətirənləri, yeni ərazi iddiasında olanları rədd edirik. Ermənistana qarşı təhdid dili ilə danışanları (Qaqik Sarukyan, Samvel Karapetyan və Robert Köçəryanı) rədd edirik”, - o bildirib. Babacanyan iddia edib ki, Ermənistan bir daha Rusiyanın forpostu və vassalı olmayacaq: “Ermənistan quberniya olmayacaq. Ermənistan müstəqil və suveren olaraq qalmalıdır”. Geri qayıt |