Əsas Səhifə > Güney Press > Orta məktəblərdə dərs deyən 30 min müəllimin ali təhsili yoxdur

Orta məktəblərdə dərs deyən 30 min müəllimin ali təhsili yoxdur


Bu gün, 17:01

Ötən ilin əvvəlinə aid son məlumata görə, Azərbaycanda ümumi təhsil müəssisələrində ümumilikdə 145 min 16 müəllim fəaliyyət göstərib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin 79,3%-i və ya 114 min 998 nəfəri ali, 20,5%-i və ya 29 min 728 nəfəri isə orta ixtisas təhsilinə malik olub.
Müqayisə üçün bildirək ki, 15 il əvvəl – 2010-cu ildə ümumi təhsil müəssisələrində 170 min 911 müəllim fəaliyyət göstərib. Onların 137 min 583 nəfəri ali, 33 min 328 nəfəri isə orta ixtisas təhsilinə malik olub.
Qeyd edək ki, orta ixtisas təhsilinə malik müəllimlər ən çox ingilis dili və informatika fənlərini tədris ediblər. İngilis dili müəllimlərinin 22,8%-nin, informatika müəllimlərinin isə 15,5%-nin ali təhsili olmayıb.
Onu da bildirək ki, tam orta məktəblərdə direktor vəzifəsini icra edən şəxslərdən 3-nün, direktor müavinlərindən isə 99-nun ali təhsili olmayıb.


Geri qayıt