Əsas Səhifə > Güney Press > İrəvanın "Bir addım irəli, iki addım geri" siyasəti
İrəvanın "Bir addım irəli, iki addım geri" siyasətiBu gün, 15:59 |
|
Ermənistan hökuməti hazırkı mərhələdə Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxış ssenarisini nəzərdən keçirmir və Avropa Birliyinə inteqrasiya ilə bağlı geosiyasi seçim məsələsinə yalnız beynəlxalq gündəmdə ciddi dəyişiklik olacağı halda qayıda bilər. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazir müavini Mher Qriqoryan Rusiya mediasına müsahibəsində danışıb. Qriqoryan bildirib ki, İrəvan Aİİ daxilində iqtisadi əməkdaşlığa praqmatik və konstruktiv yanaşır. Onun sözlərinə görə, Ermənistan hökuməti ittifaqla əlaqələrin zəiflədilməsi və ya dayandırılması nəticəsində yarana biləcək zərərin hesablanmasını belə aparmır, çünki hökumətdə belə bir “destruktiv ssenari” ümumiyyətlə nəzərdən keçirilmir. Baş nazir müavini son dövrlər Ermənistan məhsullarının Rusiyaya ixracı ilə bağlı yaranan problemlərə də toxunub. O, vəziyyətin siyasi deyil, texniki xarakter daşıdığına inandığını deyib və logistika çətinliklərinin yaxın zamanda aradan qalxacağına ümid etdiyini bildirib. Açıqlamalar Ermənistanın xarici siyasət kursu ilə bağlı müzakirələrin davam etdiyi dövrə təsadüf edir. Bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin İrəvanın strateji istiqamət məsələsində aydın seçim etməli olduğunu bildirərək Ermənistanın ya Aİİ-də qalmalı, ya da Avropa Birliyinə inteqrasiya üçün “sivil şəkildə” bu blokdan çıxmalı olduğunu deyib. Buna cavab olaraq Nikol Paşinyan da Ermənistanın hazırda Aİİ-ni tərk etməsinə obyektiv ehtiyac görmədiyini bəyan edib. Halbuki Ermənistan parlamenti 2025-ci ilin martında Avropa Birliyi ilə yaxınlaşma prosesinin başlanmasına dair qanun qəbul edib. Geri qayıt |