Əsas Səhifə > Güney Press > Dövlət Dəniz və Liman Agentliyi ötən il 5 milyon manata yaxın zərər edib

Dövlət Dəniz və Liman Agentliyi ötən il 5 milyon manata yaxın zərər edib


Bu gün, 13:19

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi 2025-ci ili 4 milyon 528 min manat zərərlə başa vurub. 2024-cü ildə qurum isə 563 071 manat mənfəət əldə edib.

Banker.az bu barədə Agentliyin maliyyə hesabatına istinadən xəbər verir.

2025-ci ildə Agentliyin əsas fəaliyyət üzrə gəlirləri əvvəlki illə müqayisədə 5.4% artaraq 7.9 milyon manat təşkil etmiş, xərclərində isə 5.3% azalma müşahidə olunmuşdur.

Agentliyin cəmi aktivləri ötən illə müqayisədə 20 milyon 989 min manatdan 16 milyon 790 min manata geriləyərək 20% kiçilmişdir.

Dövlət Dəniz və Liman Agentliyi (bundan sonra Agentlik) Azərbaycan Respublikasının ərazisində dəniz nəqliyyatı sahəsində dövlət siyasətinin formalaşmasında, həyata keçirilməsində və inkişafında iştirak edilməsi, bu sahədə tənzimləmənin və nəzarətin həyata keçirilməsi, dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi, habelə dənizçilərin hazırlanması sahəsində tədbirlərin görülməsi, dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsində iştirak edilməsi və dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı xidmətlər göstərilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.


Geri qayıt