Əsas Səhifə > Güney Press > Madyar Prezidenti vəzifəsindən kənarlaşdırmaq üçün

Madyar Prezidenti vəzifəsindən kənarlaşdırmaq üçün


Bu gün, 13:06

Macarıstanın Baş naziri Peter Madyar ölkə Prezidenti Tamaş Şuyoku vəzifədən kənarlaşdırmaq məqsədilə ölkənin konstitusiyasına düzəlişlər etmək niyyətində olduğunu bəyan edib.

Bu barədə "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir.

Baş nazir bu bəyanatı iyunun 1-də, prezidentin istefa verməsi üçün müəyyən edilmiş 31 may - son tarixin başa çatmasından bir neçə saat sonra verib.

T.Şuyok daha əvvəl vəzifəni tərk etməkdən imtina edərək, Macarıstanın və Avropa İttifaqının konstitusiya normalarına uyğun olaraq vəzifədə qaldığını bəyan etmişdi.


Geri qayıt