Əsas Səhifə > Güney Press > "Finans Kredit" BOKT-un xalis mənfəəti
"Finans Kredit" BOKT-un xalis mənfəətiBu gün, 10:31 |
|
"Finans Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 133 min manat xalis mənfəətlə başa vurub. "Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 34,5 % azdır. Ötən il "Finans Kredit"in vergiyəqədərki mənfəəti 166 min manat (əvvəlki ilə nisbətən 34,6 % az), mənfəət vergisi ödəmələri isə 33 min manat (35,3 % az) təşkil edib. Bu il yanvarın 1-nə "Finans Kredit"in aktivləri 2,773 milyon manat olub ki, bu da illik müqayisədə 20,1 % azdır. Bunun 2,521 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 16,3 % kiçilib. Hesabat dövründə "Finans Kredit"in öhdəlikləri 34,4 % azalaraq 1,584 milyon manata düşüb, balans kapitalı isə 12,6 % artaraq 1,189 milyon manata, o cümlədən nizamnamə kapitalı 64,6 % artaraq 1,055 milyon manata çatıb. Xatırladaq ki, "Finans Kredit" 2020-ci ilin sentyabr ayında yaradılıb. BOKT-un təsisçisi Rəmiyəddin Məmmədovdur. Geri qayıt |