Əsas Səhifə > Güney Press > "Azəri Star Mikromaliyyə" BOKT-un zərəri 2 dəfədən çox artıb
"Azəri Star Mikromaliyyə" BOKT-un zərəri 2 dəfədən çox artıbBu gün, 09:44 |
|
"Azəri Star Mikromaliyyə" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 53 min manat zərərlə başa vurub. "Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü ilə nisbətən 2,2 dəfə çoxdur. Bu il yanvarın 1-nə "Azəri Star Mikromaliyyə"nin aktivləri 1,103 milyon manat olub ki, bu da illik müqayisədə 3,1 dəfə çoxdur. Bunun 713 min manatı müştərilərə verilmiş kreditdir. 2025-ci ildə BOKT-un kredit portfeli 2,25 dəfə böyüyüb. Hesabat dövründə "Azəri Star Mikromaliyyə"nin öhdəlikləri 13,3 % artaraq 17 min manata, balans kapitalı isə 3,2 dəfə artaraq 1,086 milyon manata, o cümlədən nizamnamə kapitalı 3,55 dəfə artaraq 1,435 milyon manata çatıb. Xatırladaq ki, "Azəri Star Mikromaliyyə" 2003-cü ildə yaradılıb. Geri qayıt |