Əsas Səhifə > Güney Press / Partiya > "Biz niyə fikirlərimizi nifrət və təhqir olmadan deyə və yaza bilmirik?"
"Biz niyə fikirlərimizi nifrət və təhqir olmadan deyə və yaza bilmirik?"Bu gün, 07:14 |
|
"BMT-nin rəsmi veb səhifəsində mənim Ermənistanla bağlı 15-ə yaxın hesabatın açıq yerləşdilib. İndiyədək yalnız bir dəfə İşgəncələr Əleyhinə Komitə 2015-ci ildə mənə irad yazdı ki, üzv dövlətə münasibətdə uyğun olmayan ifadələr yer alıb..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib.
O daha sonra fikrini belə davam etdirir: "Ona görə icazənizlə hesabatı yerləşdiməyək, amma komitə üzvlərinə paylayaq. Razılaşmadım. Tələb etdim ki, uyğun olmayan ifadələr hansılardı yazsınlar. Yazmadılar. Araşdlrma apardım, məlum oldu ki, onlar "təcavüz" və "işğal" sözlərini nəzərdə tutur. Hər iki sözü əvəz etdim. Amma heç o ifadələrdən geri qalmayan sözlərlə. Beləcə hesabatım yerləçdildi və nəticəsi də oldu. Mən hesabatlar hazırlayanda ifadələri elə seçirəm ki, nifrət dili, təhqir, üzv dövləti aşağılayan ifadələr olmasın. Məsələn "vəhşi" sözünün əvəzinə "qeyri-insanı" sözünü yazıram. Bu beynəlxalq termindir. Heç vaxt universal insan hüquqlarına zidd olan, nifrəti dilində olan, təhqir və ayrı-seçkilik yaradan ifadələrdən istifadə etmirəm.
Bizim bir dənə də nəşrimizi Avropa və ABŞ kitabxanaları qəbul etmir. Çünki yazmağı bacarmırıq. Ən nəfis tərtib olunmuş nəşrlərimizdə universal insan hüquqları prinsiplərinə zidd fikirlər gedir. Ona görə də qəbul olunmur. İndi Paşınyanla bağlı bir status yazdım və xəbərdarlıq da etdim ki, təhqir və nifrət dili olmasın. 3-4 dəfə də şərh yazanlardan xahiş etdim. Xeyri yoxdur. Hörmətli kolleqalar əgər ən sərt fikirlərinizi nifrət dili və təhqir olmadan yaza bilmirsinizsə mənim səhifəmdə yazmayın. Onsuz da dəfələrlə məndən şikayət verilib, demədiyim və yazmadığım fikirlərə görə. Mən isə BMT-nin insan hüquqları üzrə nizamnamə və müqavilə mexanizmlərimlə davamlı əməkdaşlıq edirəm. Heç bir kollektiv müraciətlərə qoşulmuram. Təvözükarlıqdan uzaq olsa da hələ heç kəs mənim qədər BMT sənədlərində Ermənistan əleyhinə bütöv fəsillərin yazılmasına nail ola bilməyib. Qiymətləndirməsələr belə, işimi görürəm. Mane olmayın... xahiş edirəm..."
Geri qayıt |