Əsas Səhifə > Güney Press > Partiya sədri "Metropoliten" rəhbərliyini sərt TƏNQİD ETDİ
Partiya sədri "Metropoliten" rəhbərliyini sərt TƏNQİD ETDİBu gün, 13:03 |
|
Paytaxtın əsas ictimai nəqliyyat vasitələrindən olan Bakı Metropoliteni son illərdə sərnişinlərin ən çox narazılıq etdiyi qurumlardan birinə çevrilib. Xüsusilə, pik saatlarda yaşanan sıxlıq, qatarların intervalında müşahidə olunan gecikmələr, bəzi stansiyalarda texniki nasazlıqlar və infrastruktur problemləri vətəndaşların narahatlığını artırır. Sosial şəbəkələrdə və mediada bu məsələlərlə bağlı şikayətlərin sayı artsa da, sərnişinlər problemlərin aradan qaldırılması istiqamətində ciddi dəyişikliklərin hiss olunmadığını bildirirlər. Xüsusilə, son aylarda metropolitendə qeydə alınan texniki nasazlıqlar və elektrik təchizatı ilə bağlı problemlər idarəetmənin səmərəliliyi ilə bağlı müzakirələri daha da aktuallaşdırıb. Bütün bunların fonunda sual yaranır: metropoliten rəhbərliyinin davamlı şikayətlərə adekvat reaksiya verməməsi və problemlərin həllində nəticə əldə olunmaması idarəetmədə ciddi nöqsanların mövcudluğundan xəbər verirmi? Mövzu ilə bağlı KONKRET.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev metropolitendə mövcud problemlərin əsas səbəbini rəhbərliyin təcrübəsizliyi və işə laqeyd münasibəti ilə əlaqələndirib. Hafiz Hacıyev Onun sözlərinə görə, sahəyə peşəkar kadrların deyil, müxtəlif əlaqələr hesabına vəzifəyə gətirilən şəxslərin rəhbərlik etməsi problemlərin dərinləşməsinə səbəb olur:
H.Hacıyev bildirib ki, peşəkar və təcrübəli idarəçilər problemləri daha operativ şəkildə aradan qaldıra bilirlər:
Partiya sədri bir müddət əvvəl metropolitendə baş vermiş elektrik kəsintisini də xatırladaraq qeyd edib ki, həmin hadisə rəhbərlik üçün ciddi dərs olmalı idi:
H.Hacıyevin fikrincə, əsas məsələ qəbul edilən qərarlardan çox, həmin qərarları icra edən şəxslərin peşəkarlıq səviyyəsidir:
Partiya sədri hesab edir ki, metropolitendəki mövcud problemlərin aradan qaldırılması üçün idarəetmədə peşəkarlıq və məsuliyyət prinsiplərinə üstünlük verilməlidir. Geri qayıt |