Əsas Səhifə > Güney Press > Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb
Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıbBu gün, 11:43 |
|
Bu ilin yanvar-mart aylarında Azərbaycana Yaxın Şərq ölkələrindən 38 414 turist gəlib. "Report" rəsmi statistikaya istinadən xəbər verir ,bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9% azdır. 3 ay ərzində Yaxın Şərq ölkələri arasında ən çox turist Səudiyyə Ərəbistanından gəlib - 12 126 nəfər. Bu, 1 il əvvələ nisbətən 13,6 % çoxdur. Bundan əlavə, İsraildən - 8 972 (+18,1), Küveytdən - 4 751 (-25,1 %), BƏƏ-dən - 4 750 (-54,4 %), Omandan – 2 513 (-33 %), Misirdən - 1 521 (- 7,4 %), İordaniyadan - 881 (-22,1 %) Bəhreyndən – 838 (+2,9 %), İraqdan - 818 (+36,8 %), Yəməndən - 434 (-23,7 %), Qətərdən – 415 (-21,1 %), Livandan – 164 (-50,2 %), Fələstindən – 135 (- 23,7 %) və Suriyadan 96 nəfər (+1,1 %) turist gəlib. Bu ilin I rübündə Azərbaycana 172 ölkədən 484,4 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Geri qayıt |