Əsas Səhifə > Güney Press > “Mənə demədin ki, iynə vururam?”
“Mənə demədin ki, iynə vururam?”Bu gün, 12:44 |
|
Son vaxtlar adı müxtəlif qalmaqallarda hallanan müğənni Səbinə Selcan açıqlamaları ilə diqqət çəkib... Poliqon xəbər verir ki, sənətçi yaşadığı çətin günlərdən və aldığı zərbələrdən danışaraq bunların ona həyat dərsi olduğunu bildirib. O, keçirdiyi stress və üzüntünün həyatına ciddi təsir etdiyini etiraf edib: "Demək ki, bunlar olmalı idi ki, ağlım başıma gəlsin. Göz yaşının, acı çəkməyin nə olduğunu bildim. Xəyanətin və yalanın nə olduğunu öyrəndim". Səbinə yaşadığı problemlər səbəbindən xeyli çəki itirdiyini də açıqlayıb. Müğənni bildirib ki, heç bir pəhriz saxlamadan 15 kiloqram arıqlayıb. Aparıcı-prodüser Tarix Əliyev isə sənətçinin bu sözlərinə zarafatla münasibət bildirib: "Mənə demədin ki, arıqlamaq üçün iynə vurdurmusan?" Bu açıqlamalar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər paylaşımın altında həm dəstək, həm də tənqidi rəylər yazıblar. Geri qayıt |