Əsas Səhifə > Güney Press > Ermənistandan pomidor qadağası ilə bağlı hər hansı reaksiya gəlməyib

Ermənistandan pomidor qadağası ilə bağlı hər hansı reaksiya gəlməyib


Bu gün, 12:12

Ermənistandan Rusiyaya pomidor idxalına qoyulan qadağa ilə bağlı rəsmi İrəvandan hər hansı reaksiya daxil olmayıb.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd olunub ki, Rusiya mayın 30-dan etibarən Ermənistandan gətirilən bir sıra giləmeyvə və təzə tərəvəzlərin, o cümlədən pomidor, xiyar, bibər, göyərti və çiyələyin idxalına müvəqqəti məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.

Məlumatına görə, bu qərar Ermənistandan gətirilən məhsullarda fitosanitar qayda pozuntularının tez-tez təkrarlanması səbəbindən və ölkənin bioloji təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib.


Geri qayıt