Əsas Səhifə > Güney Press > Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib
Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edibBu gün, 12:58 |
|
Ukrayna Ali Radası Avropa İttifaqı ilə genişmiqyaslı sazişi və Anlaşma Memorandumunu ratifikasiya edib. “RBK-Ukrayna”nın xəbərinə görə, saziş 2026–2027-ci illər üçün 90 milyard avroya qədər maliyyə yardımının cəlb olunmasını nəzərdə tutur. Qeyd edək ki, saziş mayın 27-də Brüsseldə və Kiyevdə imzalanıb. Kredit verən tərəf Avropa Komissiyası vasitəsilə Avropa İttifaqıdır, Ukrayna tərəfindən isə borcalan kimi Milli Bank çıxış edir. Vəsaitlər müharibənin mənfi nəticələrinin aradan qaldırılması və Ukrayna iqtisadiyyatının sabitliyinin dəstəklənməsi üçün ayrılır. Geri qayıt |