Əsas Səhifə > Güney Press > “Aygünün mahnılarını radioda səsləndirmədilər,

“Aygünün mahnılarını radioda səsləndirmədilər,


Bu gün, 12:19

“Aygünün mahnılarını radioda səsləndirmədilər, bayağı müğənnilərdən pul alıb deyirlər ki...” - FOTO+ÖZƏL

“Bizim elə sənətkarlarımız var ki, konsert vermək istəyirlər, amma dəstəkçiləri yoxdur. Bilirsiniz ki, konsertin məbləği çox böyükdür. Hər adamın gücü çatmır. Rəhmətlik Aygünün gücü çatsaydı ilin 12 ayı konsert verərdi. İmkansızlıqdan 5-10 ildən bir konsert verirdi. Saysaq bəlkə də 5-6 konserti olub. Bu sahədə sənəti olmayanların pulu daha çoxdur. Nəinki sənəti olub, sənətkar olanların”.
Bunu Moderator.az-a açıqlamasında mərhum müğənni Aygün Bəylərin bacısı, müğənni Aygün Hümmətova deyib.
O daha sonra əlavə edib:
“Bizim təşkilatçılar əcnəbi müğənniləri Bakıya gətirib əl üstə gəzdirir. Onların heç sənəti də yoxdur. Bizim psixologiyamız belədir də. Aygünün oxumadığı bir neçə mahnını oxudum, onunla olan duetimizi ifa etdim, radiolardan xahiş etdim, heç yerdə səsləndirmədilər. Bizdə heç kim dəstək olmadı. Amma yad müğənnini gətirib sənətkar edirlər, öz sənətkarlarına dəyər vermirlər. Radioda əcnəbi musiqilər səsləndirilir. Elə bir adamın mahnılarını eşidirik ki, ağzımız açıq qalır. Bilirəm ki, bu maddiyatladır. Başa düşürəm. Amma 10 nəfərdən pul alıb mahnı səsləndirəndə, 1 nəfəri də pulsuz etsinlər də. Çox böyük haqsızlıqlar var. Aygün də bu haqsızlıqlardan inciyib küsmüşdü. Mənim məqsədim Aygünün sənətini yaşatmaqdır. Nəsə etmək istəyirəm amma təkbaşına alındıra bilmirəm. İnanın ki, mənim gözümdə “xalq artisti”, “əməkdar artist” kimi fəxri adlar yoxdur. Əgər mənim bacıma “xalq artisti” adı verilmədisə, mənim nəyimə lazımdır? Bu adı almaq üçün gərək Aygün kimi sənətdə əziyyət çəkəsən. Aygün əziyyət çəkdi amma bu fəxri adı almadı”.
Aygün Bəylərin bacısı bugünlərdə Bakıda konsert verən müğənni Çelikin tamaşaçılara etdiyi hörmətsizlikdən də danışdı:
“Mən uşaq vaxtı Çelikə çox qulaq asmışam. Bütün mahnılarını sevirdim. Amma bu hörmətsizliyini heç cür qəbul edə bilmərəm. Elə bilirəm ki, bu sayğısızlığı mənə edib. Bu qəbul olunmazdır. Aygün də sağ olsaydı onun bu hərəkətini pis qarşılayardı. Çünki Aygün özü tamaşaçılarla çox səmimi idi”.

Geri qayıt