Əsas Səhifə > Güney Press > Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilərBu gün, 17:27 |
|
TRIPP layihəsi genişləndirilməli və Yerasx (Arazdəyən) istiqamətinə qədər uzadılmalıdır. Teleqraf xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti, “Hayastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan deyib. Onun sözlərinə görə, TRIPP layihəsi mövcud formatda Ermənistan və İran arasında münasibətlərdə gərginlik yarada bilər. Köçəryan qeyd edib ki, risklər nəzərə alınmazsa, Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər. O, layihənin genişləndirilməsini və İranın etibar etdiyi digər ölkələrin də prosesə cəlb olunmasını təklif edib. O, bildirib ki, İranın əvvəllər regionda bəzi ölkələrə qarşı asimmetrik cavab addımları atdığı halları olub və bu, mümkün risklərin qiymətləndirilməsini zəruri edir. İranla ticarət Ermənistan iqtisadiyyatında kiçik paya malik olsa da, sərhədin açıq qalması ölkə üçün strateji əhəmiyyət daşıyır. Bütün bunları 43 kilometrlik bir tranzit xətti naminə riskə atmaq rasional deyil. Geri qayıt |