Əsas Səhifə > Güney Press > Kremlin qorxunc planı:
Kremlin qorxunc planı:Bu gün, 13:20 |
|
Məşhur ABŞ nəşri "The Wall Street Journal" (WSJ) Avropa kəşfiyyatı və hərbi dairələrinə istinadən olduqca narahatlıq doğuran sensasion məlumat yayıb. Musavat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynadakı hərbi əməliyyatların hazırkı templərini qorumaq üçün ölkədə məcburi səfərbərlik elan etmək məcburiyyətindədir, lakin daxili narazılığın qarşısını almaq məqsədilə müharibəni Ukrayna sərhədlərindən kənara çıxarmağı və Avropada yeni gərginlik ocaqları yaratmağı planlaşdırır. Materialda qeyd olunur ki, potensial təxribat hədəfləri arasında Baltikyanı ölkələr və Moldova xüsusi yer tutur, çünki bu bölgələrdə Rusiya tərəfindən idarə olunan hibrid hücumlar, kiber-müharibə və daxili sabitliyi pozma cəhdləri üçün əlverişli zəmin mövcuddur. Analitiklər vurğulayırlar ki, Ukraynadakı müharibənin gedişatı Putini getdikcə daha radikal addımlar atmağa sövq edir və onun genişlənmək istəyən hərbi ambisiyaları artıq bütün Avropa qitəsinin təhlükəsizlik arxitekturasını birbaşa təhdid altına qoyur. Geri qayıt |