Əsas Səhifə > Güney Press > “Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir”
“Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir”Bu gün, 12:55 |
|
Son günlər Ermənistan hökuməti Qarabağdan qaçmış separatçılarla bağlı bir neçə maraqlı addımlar atıb. Tribuna.az xəbər verir ki, ötən gün İrəvan polisi separatçıların rəhbəri Samvel Şahramanyanın telefonunu müsadirə ediblər. Bundan başqa, Qarabağda Azərbaycana qarşı döyüşmüş Feliks Qabrelyanov və Ermənistanın sabiq müdafiə naziri Arzumanyanın da evləri müsadirə edilib. Paralel olaraq, Ermənistan prokurorluğu qondarma “dqr”in İrəvandakı qərargahının da ləğvi tələbi ilə məhkəməyə müraciət edib. Dünən isə “İravunk” qəzeti daha bir maraqlı açıqlama yayıb. Nəşr hökumətdəki mənbələrə istinadən xəbər yayıb ki, tezliklə Qarabağdan qaçmış “general”ların kütləvi həbsinə start veriləcək. Qəzet bu barədə hökumətin qəti qərar veridiyini vurğulayıb. Geri qayıt |