Əsas Səhifə > Güney Press > Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıbBu gün, 12:44 |
|
Ermənistanda Samvel Karapetyanın “Güclü Ermənistan” partiyasının səkkiz tərəfdarı saxlanılıb. Teleqraf xəbər verir ki, bu barədə vəkil Yura İvanyan "Sputnik Armenia"ya açıqlamasında bildirib. Məlumata görə, saxlanılan şəxslər Arbat kəndindəndir və İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb. Vəkilin sözlərinə görə, saxlanılan şəxslərə qarşı irəli sürülən ittihamlar hələlik açıqlanmayıb və müdafiə tərəfinə bu barədə rəsmi məlumat verilməyib. Digər vəkil Tiqran Ayrapetyan isə müvəkkilləri ilə görüşmək üçün komitəyə daxil olmağa icazə verilmədiyini bildirib. Qeyd olunub ki, seçki kampaniyasının başlanmasından sonra Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Narek Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyası ilə əlaqəli şəxslərə qarşı seçici rüşvəti ittihamları ilə bir neçə cinayət işi açıb. Geri qayıt |