Əsas Səhifə > Güney Press > Ermənilər seçim qarşısında
Ermənilər seçim qarşısındaBu gün, 17:26 |
|
Ermənistanda yaxınlaşan parlament seçkiləri regionda geosiyasi balansın gələcəyi baxımından diqqətlə izlənilir. Baş nazir Nikol Paşinyanın yenidən hakimiyyətdə qalacağı təqdirdə ölkənin xarici siyasət kursunda Rusiyadan daha da uzaqlaşaraq Qərbə inteqrasiyanı sürətləndirəcəyi ilə bağlı ehtimallar güclənib. Bu fonda Moskvanın İrəvana iqtisadi və siyasi təzyiqləri artırdığı, eyni zamanda Cənubi Qafqazda təsir imkanlarını qorumağa çalışdığı bildirilir.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri həm Paşinyan hakimiyyətinin, həm də ölkənin gələcək taleyinin müəyyənləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
“Çünki Paşinyan hakimiyyətinin seçkilərdə qalib gələcəyi təqdirdə indiki xarici siyasət kursunu davam etdirəcəyi qənaəti kifayət qədər güclüdür. Yəni, Ermənistanı Rusiyadan uzaqlaşdırıb Qərbə yaxınlaşdırmaq kursunda israrçı olacağı görünür.
Bütün bunlar Rusiyanın Cənubi Qafqazdakı təsir mexanizmlərinin zəifləməsi deməkdir”.
“İlk növbədə iqtisadi-ticari faktorlar üzərindən təzyiqlər göstərilir. Rusiya bazarları Ermənistan kənd təsərrüfatı məhsullarının üzünə bağlanır. Kreml eyni zamanda mesaj verir ki, yaxın zamanda Ermənistana satılan təbii qazın və digər enerji resurslarının qiyməti arta bilər. Bu isə Ermənistan iqtisadiyyatı üçün sarsıdıcı zərbə xarakteri daşıyacaq”.
“Kreml anlayır ki, Paşinyan hakimiyyətinin yenidən qələbəsi Ermənistanın Rusiyadan uzaqlaşma siyasətinin davam etdirilməsi anlamına gələcək”. Geri qayıt |