Əsas Səhifə > Güney Press > Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq
Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıqBu gün, 17:10 |
|
Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy Ermənistanın anti-Rusiya siyasətinin nəticələrinin ola biləcəyi ilə bağlı xəbərdarlıq edib. Modern.az xəbər verir ki, o, bu barədə “Ermənistan Rusiyasız və Rusiya Ermənistansız: səbəblər, nəticələr və fəsadlar” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı bildirib. Tolstoyun sözlərinə görə, Ermənistan rəhbərliyinin anti-Rusiya bəyanatları, rus dilinə qarşı təzyiqlər və Moskvanın rəqibləri ilə yaxınlaşması cavabsız qalmayacaq: “Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlükdən əldə etdiyi üstünlüklər çox asanlıqla yox ola bilər. Anti-Rusiya xarakterli açıqlamalar, rus dilinə qarşı təzyiqlər, sərt anti-Rusiya ritorikası və Zelenski ilə isti münasibətlər əlbəttə ki, Rusiya tərəfindən cavabsız qala bilməz”, – deyə o vurğulayıb. Rusiya rəsmisi əlavə edib ki, Moskva “Rusiyasız keçinə biləcəklərini düşünən erməni siyasətçiləri ağıllandırmaq” üçün ardıcıl addımlar atacaq. Geri qayıt |