Əsas Səhifə > Güney Press > FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı

FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı


Bu gün, 15:50

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya Dəstəsi Ukraynanın “QP İvçenko-Proqres” (АТ “ІВЧЕНКО-ПРОГРЕС”) şirkəti ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilənin şərtlərinə görə, Ukrayna şirkəti FHN-in Aviasiya Dəstəsinə məxsus “Be-200ÇS” tipli “FHN-10201” nömrəli amfibiya təyyarəsində istismar olunan 2 ədəd “D-436TP” tipli mühərriklərin istismar müddətinin artırılması xidmətini göstərəcək.
Məlumata görə, bu xidmətin qarşılığında FHN Ukrayna şirkətinə 190 min 400 manat ödəyəcək. İşlərin gələn ilin sonunda başa çatacağı bildirilir.
Məlumat üçün bildirək ki, Ukraynanın “QP İvçenko-Proqres” şirkəti (“Akademik O.Q. İvçenko adına “Tərəqqi” Zaporijjya Maşınqayırma Konstruktor Bürosu”) təyyarələrin təmiri və texniki xidmət sahəsində fəaliyyət göstərir. Şirkətin hüquqi adresi Ukraynanın Zaporojye bölgəsində, Zaporojye şəhəri, İvanova küçəsi bina 2-də yerləşir.
Onu da qeyd edək ki, ötən ilin fevral ayında FHN-in Aviasiya Dəstəsi “Be-200ÇS” tipli amfibiya təyyarəsinə növbəti 48 (+-1) aya istismar müddətinin uzadılması xidməti ilə bağlı Rusiyanın “Пао Тантк Им. Г.М. Бериева” (“M. Beriyev adına Taqanroq Aviasiya Elmi-Texniki Kompleksi”) şirkəti ilə müqavilə imzalayıb. Müqavilənin ümumi dəyəri 4 milyon 25 min 143 manat 46 qəpik olub.


Geri qayıt