Əsas Səhifə > Güney Press > Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar
Şeyx Əbdül Mahmudovdan sərt ittihamlarBu gün, 14:18 |
|
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədr seçkisi ilə bağlı keçirilən qurultay ətrafında müzakirələr davam edir. “Yeni Sabah”a danışan Şeyx Əbdül Mahmudov qurultayla bağlı sərt fikirlər səsləndirib. Tədbirdə iştirak etməyən Xalq artisti keçirilən toplantını “saxta qurultay” adlandırıb: “Mən orada iştirak etmirəm və özünə hörmət edən heç bir həmkarımın da həmin yalançı qurultayda iştirak etdiyini düşünmürəm. Bu, Əli İsanın qurduğu bir şoudur. Saman çöpündən şou düzəldir”. Xalq artisti gənc həmkarlarına da çağırış edib: “Mən gənc həmkarlarıma da məsləhət görmüşəm ki, avantürist Əli İsanın təşkil etdiyi bu şouda iştirak etməsinlər. Bu, onlar üçün ləkədir. Əli İsa əvvəlcə rəhmətlik Rasim Balayevin xəstəliyindən istifadə etdi, indi də Şəfiqə Məmmədovanın arxasından iş çevirir. Mən bu saxta qurultay şousuna qatılmıram. İttifaqda vəzifədə ola-ola namizəd olmaq böyük səhvdir. Guya nizamnamələrində belə bir bənd var. Hüquqi dövlətdə yaşayırıq. Özləri üçün ictimai rəy formalaşdırırlar, özlərini gözə soxur, şou düzəldirlər. Elə bilirlər kolxoz bazarıdır, başlarına beş-altı nəfəri yığıb sədr seçəcəklər”. Qeyd edək ki, AKİ sədrliyi uğrunda hazırda qurumun sədr səlahiyyətlərini icra edən Xalq artisti Şəfiqə Məmmədova və ittifaqın katibi, rejissor Əli İsa Cabbarov namizədliklərini irəli sürüblər. Geri qayıt |