Əsas Səhifə > Güney Press > İrəvanda parad hazırlığı

İrəvanda parad hazırlığı


Bu gün, 14:09

Ermənistanda 28 mayda keçiriləcək hərbi parad ölkə daxilində mübahisə yaradıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, İşıqlı Ermənistan Partiyasının lideri Edmon Marukyan yerli hakimiyyəti hərbi hazırlıq əvəzinə seçkiqabağı görüntü yaratmaqda ittiham edib.

Marukyanın iddiasına görə, keçiriləcək hərbi parad daha çox hakimiyyətin seçkiöncəsi PR kampaniyasının tərkib hissəsidir: “Hakimiyyətin piar üçün çox aləti var – pensiyaların artırılmasından tutmuş minlərlə insana mükafat paylanmasına qədər. Bu paradı da öz nailiyyətləri kimi təqdim etməyə çalışacaqlar”.

Revanşist siyasətçi bildirib ki, Ermənistanın hazırkı vəziyyətdə paraddan daha çox real hərbi hazırlığa ehtiyacı var. Onun sözlərinə görə, nümayiş etdirilən silahların praktik istifadəsi üçün genişmiqyaslı təlimlər keçirilməlidir: “Bizə parad yox, təlim lazımdır. Paradda göstərilən silahlardan hərbçilər istifadə etməyi bacarmalıdır”. Marukyan çıxışında Azərbaycanın son illərdə ardıcıl hərbi təlimlər keçirdiyini xüsusi vurğulayıb və Ermənistanın bu sahədə geri qaldığını söyləyib.


Geri qayıt